Azərbaycanda zəlzələ baş verib

Azərbaycanda zəlzələ baş verib
11:30 12-08-2018 | icon 39

Azərbaycan ərazisində zəlzələ baş verib.

milletinsesi.info Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, avqustun 11-də yerli vaxtla 23:03:11-də Pirquludan 11 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.