Maduro Kolumbiyanın sabiq liderini ittiham etdi

Maduro Kolumbiyanın sabiq liderini ittiham etdi
10:55 12-08-2018 | icon 22

Venesuela lideri Nikola Maduro bəyan edib ki, ona qarşı təşkil edilən sui-qəsddə Kolumbiyanın eks-prezidenti Xuan Manuel Santos da iştirak edib.

milletinsesi.info xəbər verir ki, Maduro avqustun 4-də həyata keçirilən sui-qəsd haqqında əmrin məhz sabiq Kolumbiya lideri tərəfindən verildiyini bildirib. Həmçinin o qeyd edib ki, Santos Venesuelanın müxalif siyasətçilərinin yardımından yararlanıb.

Maduronun fikrincə, Kolumbiyanın keçmiş başçısı Venesuela Milli Assambleyasının üzvü Xulio Borxeslə əlbir olub.

Daha öncə Venesuela DİN tərəfindən sui-qəsddə əli olan 20-dən çox şəxsin müəyyənləşdirildiyi bildirilmişdi.