Tramp sabiq köməkçisini “yazıq” adlandırdı

Tramp sabiq köməkçisini “yazıq” adlandırdı
09:50 12-08-2018 | icon 29

ABŞ prezidenti Donald Tramp yeni kitabında Amerika liderini “psixi xəstəlikdən” əziyyət çəkən “irqçi” kimi təqdim edən keçmiş köməkçisi Omaros Maniqol-Nyumanı “yazıq” adlandırıb.

milletinsesi.info xəbər verir ki, belə bəyanatla Tramp baykerlərin Bedminsterdə təşkil olunan mitinqində çıxış edib.

Maniqol-Nyuman və onun kitabı barədə verilən suala Tramp belə cavab verib:

“Yazıq. O, yazıqdır”.

Daha öncə Maniqol-Nyumanın kitabından bir fakt KİV-ə sızmışdı. Trampın sabiq köməkçisi yazır ki, 2017-ci ildə vəkili Maykl Koenlə Ağ Evdə görüşdən sonra Amerika liderinin vərəqi çeynədiyini görüb.

Ağ Evdə bu xəbəri təkzib ediblər.

Maniqol-Nyumanın “Sərsəmləmiş: Trampın Ağ Evindən baxış” kitabı ABŞ-da avqustun 14-də satışa çıxarılacaq.