“Bakı bulvarı”nın direktorunu kim öldürmək istədi?

“Bakı bulvarı”nın direktorunu kim öldürmək istədi?
12:50 11-08-2018 | icon 28

Moskva polisi “killer”likdə şübhəli bilinən iki nəfəri yaxalayıb. Həmin şəxslər 2017-ci ilin yazında “Bakı bulvarı” restoranının sahibi Niyaz Bədəlovu güllələməkdə ittiham olunublar. Niyaz Bədəlov sağ qalmağı bacarıb. 

milletinsesi.info “Mash” telekanalına istinadla xəbər verir ki, saxlanılan şəxslər Dağıstan sakinləridir.

Dindirilmə zamanı onlar Niyaz Bədəlovun öldürülməsinə görə pul aldıqlarını bildirib. Hazırda hüquq-mühafizə orqanları sifarişçinin kimliyini araşdırmağa çalışır.

“Naina” şirkətinin direktoru, “Bakı bulvarı” restoranlar şəbəkəsinin sahibi Niyaz Bədəlova qarşı sui-qəsd 2017-ci ilin martında Moskvanın mərkəzində baş tutub. İş adamının olduğu “Mersedes” markalı avtomobilə yaxınlaşan naməlum şəxs silahdan maşında bir neçə dəfə atəş açıb və gizlənib. Bədəlov özü xəsarət almasa da, onun mühafizəçisi güllə yarası ilə xəstəxanaya çatdırılıb.