BATE – “Qarabağ” oyununun hakimləri bəlli oldu

BATE – “Qarabağ” oyununun hakimləri bəlli oldu
11:15 11-08-2018 | icon 25

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ”ın BATE ilə cavab oyununa hakim təyinatları açıqlanıb.

milletinsesi.info xəbər verir ki, matçı Latviya Futbol Federasiyasından Andris Treymanis idarə edəcək.

Onun köməkçiləri Harald Qudermanis, Aleksey SpasyonnikovAleksandr Qolubev olacaq. Françesko Byanki (İsveçrə) hakim-inspektor, Yorqos Fantaros (Kipr) isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, bu görüş avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyun 13 minlik “Borisov-Arena”da baş tutacaq.

Səbuhi MUSAYEV