Xəzər dənizi ilə bağlı - 10 SİRR

Xəzər dənizi ilə bağlı - 10 SİRR
10:40 11-08-2018 | icon 257

Dünyanın ən böyük gölü bir çox münasibətlər üçün unikaldır və sirlərlə doludur. 

milletinsesi.info xəbər verir ki, 12 avqustun beynəlxalq “Xəzər günü” ərəfəsində “Eto Kafkaz” portalı bu sirlərin bəzilərindən danışıb. 

Dəniz və ya göl? 

Xəzər göldür, çünki dünya okeanı ilə heç bir əlaqəsi olmayan qapalı su hövzəsidir. Ancaq onu dəniz adlandırmaq da yanlış deyil. Ölçüsünə (təxminən 390 min kvadrat kilometr), dərinliyinə (1025 metr), duzluluğuna və geologi strukturuna görə bu, dənizdir. Bundan başqa, Xəzər keçmişdə Kumo-Manıç çökəkliyi vasitəsilə Azov dənizi ilə birləşirmiş.

Milyon il əvvəl isə bu yerlərdə Tetis okeanı olub. Xəzər, Qara, Azov və Aral dənizləri, eləcə də, Balaton və Macarıstan gölləri Tetis okeanının qalıqlarıdır. 

Xəzərlər kimlərdir?

Xəzər dənizini müxtəlif cür adlandırırlar: Hirkan, Xvalın, Xəzər, Abeskun, Saray, Sixay, Dərbənd, Tabasaran, Mazandaran, Türkmən, Həştərxan, Xoranasan dənizi...

Xəzərin indiki adı yenidir və Strabonun “Coğrafiya” kitabından bizə məlumdur. Əfsanəyə görə, bu adı eramızdan əvvəl burada yaşayan xəzərlərin əsirləri olan konevodlar qoyub. 

Narnin krallığının Xəzərlər adlandırıldığı ilə bağlı isə yalnız Klayv Steypls Lyuis məlumatlıdır. 

Dəniz niyə nəfəs alır?

Tarixçilər bildirirlər ki, Xəzər dənizinin səviyyəsi hər zaman dəyişkən olub – gah qalxıb, gah enib. Xəzərin səviyyəsinin nəzərəçarpacaq dərəcədə, yəni iki metrdən çox qalxması sonuncu dəfə 1978-1995-ci illərdə olub, ancaq yenə Xəzər dünya okeanı səviyyəsindən aşağıda olub. Son dörd ildə dənizin səviyyəsi 30 santimetrədək azalıb, indi isə biz 20 santimetr çərçivəsində qalxma və enmə müşahidə edirik. 

Tarixi xronikalara əsasən, keçmişdə dənizin səviyyəsi daha çox qalxır, miqrasiya və ticarət yollarını, eləcə də, yaşamış məntəqələrini su altında saxlayırmış. İstisna deyil ki, Xəzərin dərinliyində qədim şəhərlərin qalıqları da var. 

Bu qeyri-stabilliyin izahının bir neçə səbəbi var. Alimlərin əksəriyyəti əmindir ki, suyun səviyyəsi iqlim dəyişikliyindən və Xəzəri qidalandıran nəhəng Volqa çayından asılıdır. 

İtil – Xəzər Atlantidası? 

Xəzər xaqanlığının əfsanəvi paytaxtı olan İtil şəhəri, bəzi məlumatlara görə, Volqa çayının deltasında, digər məlumatlara görə, Dağıstanın şimalındakı adada yerləşirdi. Onun axtarışları ilə xeyli arxeoloq məşğul olsa da, İtillə bağlı heç bir iz aşkar edilməyib.

Onun divarlarının Xəzərin dərinliklərində olması mümkündür. Məlumatlara görə, Xəzər xaqanlığının varlığına X-XII əsrlərdə - Xəzərin səviyyəsinin qalxdığı dövrdə son qoyulub. 

İspaniyanın tarixi arxivlərində xaqan Yusifin dostu ispan keşişinə yazdığı məktub saxlanılır:

“Mən çox qocalmışam, ancaq bizim yerli üzümün dadını hələ də xatırlayıram. Ancaq o gözəl məhsulu verən yer batıb. Üzümçülər qalmayıb, onların yerində qamışlar meydana gəlib və bizim adamız batır”. 

Bununla bağlı dağıstanlı tarixçi Murad Maqomedov öz kitabında yazıb. 

Xəzər dənizini bir neçə dəfə keçən səyahətçi Yevgeni Qvozdev deyirdi ki, Kalmıkin sahillərində yaxtasında üzərkən 3-4 metr dərinliyində insan əməyi ilə hazırlanmış daşlar görüb. 

Bu barədə Dağıstanın Coğrafiya Cəmiyyətinin rəhbəri Eldar Eldarov məlumat verib. Qvozdev 10 il əvvəl növbəti səyahəti zamanı ölüb.

Səbaili kim tikdirib?

İtil yarımmistik şəhərdirsə, sualtı Səbail real faktdır. Səbail qalası XIII əsrdə Bakı yaxınlığındakı Bail buxtasında yerləşən adada, sahildən 350 metr aralıda tikilib. Dənizin səviyyəsinin qalxması ilə qala tamamilə suyun altında qalıb. Arxeoloqlar dənizin dərinliyindən üzərində heyvan, bitki və insan təsviri olan, eləcə də, ərəb dilində ifadələrin yer aldığı “Bayıl daşlarını” çıxarıblar. 

Onların birinin üzərində bu fikirlər yazılıb: “Allahın köməkçisi, ədalətli və müdrik padşah Əl əd-Dunay va-d-Dinin dövründə, hicri təqvimi ilə 632-ci ildə” (1234/35-ci illərdə). İstər-istəməz Ələddin və cin tərəfindən tikilmiş saray haqqında nağıl yada düşür. 

İndi “Bayıl daşları” Bakının “Şirvanşaylar sarayı” muzeyində saxlanılır. 

Xəzərdə aysberq var?

Cənub dənizində aysberq yoxdur, ancaq bir dəfə “Titanik” faciəsi kimi hadisə baş verib. 1953-cü ildə kəskin istiləşmə nəticəsində şimalda qırılan buz qalığı qarşısına çıxan neft buruqlarını və estakadaları dağıdaraq cənuba doğru hərəkət etməyə başladı.

Körpünün qarşısında dayanan katerlərdən biri çevrildi və göyərtədəki bütün komanda həlak oldu. Buzu əritmək üçün insanlar aysberqə bomba atır, onun üzərinə kömür tozu səpirdilər, ancaq bu kömək olmadı. Dağıstan və Azərbaycanın sahil zolağında yerləşən neft mədənləri tamamilə dağıldı. 

Su niyə soyuyur? 

Yayın ortasında Xəzərdə suyun temperaturu 26-28 dərəcəyə qədər yüksəlir, ancaq elə vaxt olur ki, iyul və ya avqust aylarında suyun temperaturu 10 dərəcəyə qədər enir. Mahaçqalalılar bu zaman “dənizin rəngə çaldığını” deyirlər, çünki suda çox sayda üzən yosunlar meydana gəlir. 

Alimlər isə bu halı “apvellinq” termini ilə adlandırırlar, bu zaman suyun dərin qatı üzə qalxır. Xəzərin Dağıstan sahillərində külək olan zaman belə hallar baş verib. Külək dəyişdikdən bir neçə gün sonra su yenə isinir. 

Xəzərin duzluluğu nə qədərdir? 

Xəzər 130 böyük və kiçik çayların hesabına dolur. Bunlar Volqa (70 faiz axıdılması), Terek, Sulak, Samur, Kür, Səfidrud, Ural, Emba və başqalarıdır. Onlar şirin su gətirir. Ancaq Xəzər duzlu okeanın qalığıdır. Onun ətrafında duzlu torpaqlar var.

Türkmənistanda Qara-Boğaz-Qol hövzəsi var ki, burada mirabilitin duzunu çıxarırlar, bu bölgədə su da çox duzlu olduğu üçün yerli camaat dənizi “ağ qızıl dənizi” adlandırırlar. Şimal-Qərb istiqamətində isə dəniz suyu Volqa çayının hesabına az duzludur. 

Dənizin dərinliyində nə var?

300 il əvvəl Baltik dənizindən Avropaya pəncərə açan I Pyotr Şərqə tərəf yönəlib və Asiya üçün Xəzər istiqamətindən qapı açmaq qərarına gəlib. Bunun üçün Volqada 274 gəmidən ibarət donanma hazırlanıb. Bu gəmilərin əskəriyyəti 1722-ci ildə Pyotrun İrana yürüşü zamanı fırtınalar zamanı məhv olub.

Dərbənd buxtasında bu gəmilərin qalıqları hələ də var. Dəniz gəmilərin qalıqlarını Tülen adasına da atıb, ancaq onları araşdırmaq mümkün olmayıb. Təsəvvür etmək çətindir ki, Xəzərdə baş verən gəmi qəzalarında nə qədər insan ölüb və xəzinələr batıb. 

Xəzərdə hansı canlılar yaşayır?

Suların qəhrəmanı Runan şah – İranda dənizdə yaşayan insanabənzər varlığı belə adlandırırlar – balıqların müşayiəti ilə peyda olur. 2005-ci ildə bu varlıq “Bakı” adlı balıq gəmisindən görünüb və hətta gəmi kapitanı bu hadisənin təfərrüatı ilə bağlı İran qəzetinə müsahibə verib. 

İnsan-amfibiya haqqında başqa sübutlar, təəssüf ki, yoxdur. Ancaq onsuz da Xəzərin faunası heyrətləndirir. Bir müddət öncə Xəzərdə uzunluğu 2 metr, ağırlığı 2 ton olan nərə və ağ balığa rast gəlinib.

Təəssüf ki, dinozavrların müasirləri olan bu heyrətləndirici balıqlar brakonyerlərə, su elektrik stansiyaları və akvatoriyanın çirklənməsinə görə məhv olma təhlükəsi ilə üz-üzədir. Nadir Xəzər suitisinin də xilas edilməsinə ehtiyac var.