Ermənistanın sabiq baş nazirinin qardaşına ittiham irəli sürüldü

Ermənistanın sabiq baş nazirinin qardaşına ittiham irəli sürüldü
00:25 11-08-2018 | icon 29

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı – Henrix Abramyana qanunsuz silah əldə etmək və saxlamaqda ittiham irəli sürülüb.

milletinsesi.info xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətindən bildiriblər. Artıq Henrix Abramyanın həbsinə dair məhkəməyə müvafiq ərizə təqdim olunub.

Qeyd edilir ki, silahlar Mxçyan kəndində yerləşən keçmiş mexaniki-təmir zavodunun ərazisində saxlanılıb. Zavod Ambik Gevorkyan adlı şəxsin mülkiyyəti kimi qeydiyyata alınsa da, faktiki sabiq baş nazirə məxsus olub.

İstintaqın versiyasına əsasən, Abramyan Gevorkyanla əlbir olaraq müəssisənin ərazisində yeddi avtomat, üç pulemyot, iki snayper tüfəngi, avtomatik karabin, yivli ov tüfəngi, üç minə yaxın patron saxlayıb.