Messi “Barselona”nın kapitanı oldu

Messi “Barselona”nın kapitanı oldu
22:35 10-08-2018 | icon 33

Lionel Messi Kataloniya klubunun kapitanı oldu.

milletinsesi.info xəbər verir ki, bu barədə məlumat “Barselona”nın saytında yerləşdirilib.

Argentinalı hücumçu kapitan sarğısına Andres İnyesta klubu tərk etdikdən sonra yiyələnib.

Klubun vitse-kapitanı yarımmüdafiəçi Serxio Buskets təyin edilib.

Üçüncü kapitan Jerar Pike, dördüncü isə - Serxi Roberto seçiliblər.

Qeyd edək ki, Messi “Barselona”nın heyətində 8 dəfə İspaniya çempionu, 5 dəfə İspaniya kubokunun sahibi və 4 dəfə ÇL-in qalibi olub.