Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı - FOTO

Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı - FOTO
19:25 10-08-2018 | icon 39

Son yüzilin ən möhtəşəm səslərindən biri olan Uitni Hyustonun faciəvi bir həyatı olub.

milletinsesi.info müğənninin doğum günü ərəfəsində onunla bağlı bilinməyən bir çox informasiyanı sizinlə paylaşır.

Uitni Sissi Hyuston adlı müğənninin qızı olaraq 9 avqust 1963-cü ildə dünyaya gəlib.

İlk dəfə ailəsinin istəyilə kilsə xorlarında çıxış edib. 11 yaşında olanda səhnədə ilk dəfə solo çıxış edib.

Əvvəllər anasının və bir neçə ifaçının “back vocal”ı olsa da, modellik də edirdi.

“Glamour”, “Seventeen” kimi dərgilərin üz qabığına da çəkilmişdi. Digər tərəfdən, səsini inkişaf etdirirdi.

Səhnəyə çıxarkən məşhur prodüser Klayv Devisin diqqətini çəkir. Onu öz komandasına dəvət edir və iki il onu bir ulduz olaraq hazırlamağa başlayır.

İlk hiti 1984-cü ildə “Hold me” adlı mahnı olur. Daha sonra “Saving all my love for you”, “Greatest love of all” ve “How will i know” kimi mahnılar da ABŞ-da “Billboard Hot 100” siyahısında zirvədə olur.

Həmçinin, "Saving all my love for you" mahnısı sənətçiyə üç nominasiya üzrə yarışdığı “Grammy” mükafatlarında ilk mükafatını qazandırır.

Eyni il Stiv Vonder, Maykl Cekson, Rey Çarlz və bir çox məşhurla “We are the world” adlı mahnını səsləndirir.

İki il sonra ikinci solo albomu - “Whitney” işıq üzü görür. Bu albomla da o, ikinci “Grammy” mükafatını qazanır.

19 milyondan çox satılan albomda “I wanna dance with somebody”, “So emotional”, “Didn't we almost have it all” və “Where do broken hearts go” kimi hitlər yer alır.

1992-ci ildə müğənni “Oskar” mükafatını qazanan Kevin Kostnerlə “Mühafizəçi” filmində baş rolda oynayır. Bu eşq hekayəsi bütün dünyada izlənmə rekordları qırır.

Filmdən sonra “I will always love you” adlı sinql çıxaran  Hyuston 20 milyona yaxın satış edir və rekordunu təzələyir.

Mahnı dünya miqyasında 42 milyondan çox satış əldə edir.

1990-cı illərdə Uitni artıq bütün dünyanın tanıdığı, ABŞ-ın qəlbini ovuclarında tutan bənzərsiz bir sənətçi idi. Zərif bədənindən belə möhtəşəm bir səsin çıxması hər kəsi heyran edirdi.

Bütün dünyanın qəlbini fəth edən Hyuston öz qəlbini isə reper Bobbi Brauna verir. Bobbi Uitnidən fərqli olaraq, zərif deyil, nizamsız, çılğın və narkotik istifadəçisi biri idi.

“Mühafizəçi” filmi və “I Will Always Love You” hiti ilə zirvədə olan Uitni sevgilisi ilə birlikdə kokain partilərinin vazkeçilməzinə çevrilir.

1992-ci ildə reperlə evlənir və illərlə məşəqqətli bir evlilik yaşayır. Qızları Bobbi Kristina anası şöhrətin zirvəsində, atası isə psixoloji olaraq ən dibdə olarkən dünyaya gəlir.

“Mühafizəçi”dən sonra iki filmdə çəkilən Uitni bu ekran işlərində də uğura imza atır.

2001-ci ildə Maykl Ceksonun solo karyerasının 30-cu ilində “Wanna be startin' something” adlı mahnı səsləndirərək, dünyanın ən güclü səslərindən biri olduğunu isbat edir.

Altı “Grammy” olmaqla, 400-dən artıq mükafatın sahibi olur və “Dünyanın ən çox mükafat alan qadın müğənnisi” olaraq Ginnesin Rekordlar Kitabına düşür (2006-cı il də daxil olmaqla, 411 mükafat).

Uitni uğur qazanmağa davam edirdi, digər yandan isə narkotiklə mübarizə aparırıdı. 2007-ci ildə Bobbidən boşanır və bu prosesdən sonra özünə gələ bilmir.

Tanınmayacaq qədər dəyişən Uitni 2012-ci ildə Los-Ancelesdəki hotellərin birində ölü olaraq tapılır. İllərin sənətçisi yaşadığı acı və ağrılara dözməyərək intihar etmişdi.

11 fevral 2012-ci il

Anasının cənazəsində qızına yazdığı məktubda “Doğulanda müqəddəs ruh mənə bu dünyada çox qalmayacağını dedi. Bunu sənə heç vaxt demədim. Sən həmişə Allahın övladı idin. Mənə verdiyin gözəl 48 il üçün təşəkkür edirəm” yazılmışdı...

Pərviz Hüseyn