Milix Yevdayevə Prezidentin fərdi təqaüdü təyin olunub

Milix Yevdayevə Prezidentin fərdi təqaüdü təyin olunub
18:25 10-08-2018 | icon 33

Prezident İlham Əliyev Milix Yevdayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

milletinsesi.info dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix İlxananoviç Yevdayevə Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək.