İsmayıllıda sexdə qanunsuz meşə materialı aşkarlanıb - FOTO

İsmayıllıda sexdə qanunsuz meşə materialı aşkarlanıb - FOTO
18:15 10-08-2018 | icon 32

İsmayıllıda sexdə qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb.

Bu barədə milletinsesi.info-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, İsmayıllı rayonu Qalacıq kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 8,48 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi Elnur Seyidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1264,11 manat məbləğində ziyan tətbiq edilib.