İraq İrana milyard dollardan çox kompensasiya ödəyəcək

İraq İrana milyard dollardan çox kompensasiya ödəyəcək
17:20 10-08-2018 | icon 25

İraq kompensasiya kimi İrana 1,1 milyard dollar ödəməli olacaq.

milletinsesi.info xəbər verir ki, bununla bağlı İran parlamentinin üzvü Mahmud Sadeqi Twitter”də məlumat verib:

“İraq İrana qarşı müharibəyə görə 1,1 milyard dollar cərimə ödəməli olacaq”.

Onun sözlərinə görə, İran 1980-1988-ci il Fars körfəzindəki müharibəyə görə İraqdan kompensasiya tələb etməyib, çünki İraqın çətin vəziyyətini nəzərə alıb. 

Xatırladaq ki, M.Sadeqinin tələbi İraq baş naziri Heydər əl-Abadinin bəyanatından sonra yayımlanıb. Bəyanatda Abadi İraqın Tehrana görə ABŞ sanksiyalarına tuş gəldiyini bildirib.