Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi

Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi
15:35 10-08-2018 | icon 37

Ukraynanın Zaporijya vilayətində azərbaycanlı qeyri-leqal miqrant yaxalanıb. Ukrayna məhkəməsi bir müddət öncə onun ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib.

milletinsesi.info xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb. 

Bu ilin yazında Akimov rayon məhkəməsi qanunsuz yolla Ukraynaya gələn Azərbaycan vətəndaşının deportasiyası ilə bağlı qərar qəbul edib. Sonuncu isə adekvat davranmayıb. O, qətiyyətlə əcnəbilərin olduğu bölgəyə getməkdən boyun qaçırıb və bildirib ki, bu, onun azadlıqlarının pozulmasıdır. 

Bundan sonra həmin şəxs məhkəmə zalından qaçıb və yarım il bölgələrə səfər etməklə miqrasiya xidmətinin əməkdaşlarından gizlənib. 

Bu günlərdə o, Akimov rayonunun bazarında ələ keçib. Hazırda onun Ukraynadan çıxarılması üçün sənədlər hazırlanır.