Oqtay Əsədov və Emoməli Rəhmon birgə işçi nahar ediblər - FOTO

Oqtay Əsədov və Emoməli Rəhmon birgə işçi nahar ediblər - FOTO
15:20 10-08-2018 | icon 21

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon avqustun 10-da birgə işçi nahar ediblər.

milletinsesi.info xəbər verir ki, söhbət zamanı Azərbaycanla Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tacikistan prezidentinin Azərbaycana bu səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi vurğulanıb. Səfər çərçivəsində keçirilən səmərəli görüşlərin, imzalanan sənədlərin əhəmiyyəti qeyd edilib.