Almaniyada nəhəng tətil: Yüzlərlə reys təxirə salındı

Almaniyada nəhəng tətil: Yüzlərlə reys təxirə salındı
15:15 10-08-2018 | icon 22

İrlandiyanın “Ryanair” aviaşirkətinin pilotlarının tətili nəticəsində Almaniyada 250 reys təxirə salınıb. 

milletinsesi.info “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, aksiya 42 min sərnişinə təsir edib.

“Ryanair” biletləri 39 avrodan satır və eyni zamanda, 1 mlrd. 400 mln. avro gəlir əldə edir. Aydındır ki, işçilər ziyana düşür”, - bununla bağlı “Vereinigung Cockpit” pilotların həmkarları ittifaqının nümayəndəsi “Bayerischer Rundfunk” radiostansiyasına müsahibəsində deyib və bildirib ki, yaxın vaxtlarda digər etiraz aksiyaları da istisna deyil.

O əlavə edib ki, pilotlar ədalətli əməkhaqqı istəyir.

Aksiya axşam saatlarında bitəcək. Hazırda pilotların əməkhaqqı uçuş saatları əsasında hesablanır.