Gürcüstana qar yağdı – VİDEO

Gürcüstana qar yağdı – VİDEO
13:40 10-08-2018 | icon 30

Gürcüstanın kurort bölgəsi olan Qudauriyə qar yağıb. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “Facebook” istifadəçiləri video paylaşıb. 

Qardan əvvəl isə bölgəyə güclü yağış və dolu düşüb. Kazbeqi kəndinin sakininin sözlərinə görə, Rusiya ilə sərhəd bölgələrə də qar yağır. 

“Deyirlər ki, Quduariyə ötən gündən qar yağır. Bizdə də hava əlverişsizdir, gah yağış, gah qar yağır, gah da dolu düşür”, - kənd sakini deyib.