Nəsimidə kafeni soyan keçmiş məhkum tutuldu

Nəsimidə kafeni soyan keçmiş məhkum tutuldu
12:35 10-08-2018 | icon 29

Nəsimi rayonu ərazisindəki kafelərdən birində soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən milletinsesi.info-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Qeyd olunan kafedə Bakı şəhər sakini S.İsmayılovun mobil telefonunun və içərisində 1227 manat olan pul kisəsinin alınması müəyyən edilib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən bir nəfər müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkumluq həyatı yaşayan Bəhruz Hüseynov olması müəyyən edilib. 

Araşdırma aparılır.