Bişkekdə rusiyalı biznesmenə sui-qəsd

Bişkekdə rusiyalı biznesmenə sui-qəsd
12:35 10-08-2018 | icon 23

Bişkekdə rusiyalı biznesmen Aleksandr Qaydukovun maşını partladılıb. 

milletinsesi.info “24.kg” portalına istinadla xəbər verir ki, hadisə zamanı iş adamı müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, biznesmenin avtomobilinin altında nəsə partlayıb. “Lexus” markalı avtomobil hadisə zamanı iş adamının evinin həyətində olub. Biznesmen xəstəxanaya yerləşdirilib.