“Şeytan çaşdırdı”: italiyalı keşiş azyaşlı qıza təcavüz etdi

“Şeytan çaşdırdı”: italiyalı keşiş azyaşlı qıza təcavüz etdi
12:15 10-08-2018 | icon 19

Öz avtomobilinda 11 yaşlı qıza təcavüz edən italiyalı keşiş deyib ki, onu “şeytan çaşdırıb” və qız onun gözünə azı “15 yaşlı” kimi görünüb. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “Corriere Fiorentino” nəşri məlumat yayıb. 

Məlumatlara görə, 70 yaşlı Paolo Qlantentser ötən ay saxlanılıb. Araşdırmalar zamanı isə məhkəmə onun həbsini ev dustaqlığı ilə əvəz edib. 

İtaliya qəzetinə müsahibəsində o bildirib ki, əməlinə görə çox təəssüf edir. 

“Düşünürdüm ki, onun azı 15 yaşı var”, - o əlavə edib. 

Keşiş qeyd edib ki, o, özünü “İsa və Mariyaya tapşırıb”.