Ötən ay üzrə neft hasilatının həcmi bəlli oldu

Ötən ay üzrə neft hasilatının həcmi bəlli oldu
11:10 10-08-2018 | icon 35

Azərbaycanda iyul ayı ərzində gündəlik neft hasilatı 773 min barel olub. Bunun 728 min barelini xam neft, 45 min barelini kondensat təşkil edib.

Energetika Nazirliyindən milletinsesi.info-a verilən məlumata görə, ötən ay gündəlik 591 min barel xam neft, 45 min barel kondensat, 28,8 min barel neft məhsulları ixrac edilib.

Xatırladaq ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında isə 792 min barel olub.

L.Ə.