Yaponiyada xilasedici helikopter yoxa çıxıb

Yaponiyada xilasedici helikopter yoxa çıxıb
09:40 10-08-2018 | icon 36

Yaponiyanın Qumma prefekturasında xilasedici helikopter yoxa çıxıb. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “Kyodo” agentliyi məlumat yayıb. 

Hadisə zamanı helikopterdə doqquz nəfər olub. Kusatsu-Sirane aktiv vulkanının yerləşdiyi rayonda helikopterlə əlaqə kəsilib.

Ekipaj helikopterlə Qumma və Naqano prefekturalarının sərhədində dağ cığırlarının vəziyyətini yoxlamalı idi.