ABŞ hərbi təyyarəsi şassisiz eniş etdi - VİDEO

ABŞ hərbi təyyarəsi şassisiz eniş etdi - VİDEO
09:30 10-08-2018 | icon 22

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ən böyük yük təyyarəsi olan “Lockheed C-5 Galaxy” Texas ştatının San-Antonio aviabazasında qabaq şassisi olmadan qəza enişi edib. 

milletinsesi.info “İzvestiya” nəşrinə istinadla xəbər verir ki, təyyarənin yerə çırpılmaması üçün pilotlar peşəkarlıq göstərib və layneri endirə bilib. 

Hadisə ilə bağlı yayımlanan görüntülərdə təyyarənin eniş anı əks olunub. 

“The Drive” nəşrinin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin dəqiq başvermə vaxtı məlum deyil.