Ramil Quliyev Avropa çempionu oldu

Ramil Quliyev Avropa çempionu oldu
00:05 10-08-2018 | icon 313

Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı yüngül atlet Ramil Quliyev Berlində keçirilən Avropa çempionatının qalibi olub.

milletinsesi.info xəbər verir ki, bu gün 200 metr məsafəyə qaçışda o, finişə 19,76 saniyəyə çatıb və Böyük Britaniya, İspaniya, İsveçrə, İtaliya, İrlandiya və Hollandiya atletlərini qabaqlayaraq, 1-ci yeri tutub.

Xatırladaq ki, ötən il Ramil dünya çempionu titulunu qazanıb.