“Apple” pasportlara alternativ təklif etdi

“Apple” pasportlara alternativ təklif etdi
22:30 09-08-2018 | icon 25

ABŞ-ın Patentlər və Ticarət Nişanları İdarəsi “Apple” şirkətinin  “iPhone” vasitəsi ilə şəxsiyyətin eyniləşdirməsi texnologiyasına dair sifarişini qeydə alıb.

milletinsesi.info-ın verdiyi xəbərə görə, bu barədə “Apple Insider” portalı məlumat yayıb.

Sözügedən texnologiya pasport əvəzinə smartfondan istifadəni nəzərdə tutur. 

Şirkət əməkdaşlarının fikrincə, hər kəsin şəxsi informasiyasına qeyri-qanuni çıxışın qarşısı “Touch ID” və “Face ID” biometrik vertifikasiya texnologiyası ilə alınacaq.

Konsepsiya bir çox sahələrdə - həm şirkətlər (məsələn, əməkdaşların buraxılış sistemində), həm də dövlətlər (pasport nəzarətində) tərəfindən istifadə edilə bilər.