Qurban Qurbanov: Almeydanın “Qarabağ”dan ayrılacağını hiss etmişdim

Qurban Qurbanov: Almeydanın “Qarabağ”dan ayrılacağını hiss etmişdim
19:25 17-07-2018 | icon 36

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Suraxanı stadionunda mətbuat konfransı keçirib. 

milletinsesi.info xəbər verir ki, baş məşqçi sabah Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə görüşdən danışarkən bəzi mətləblərə də toxunub:

“Ola bilər ki, sabah hansısa dəyişiklik olsun. Amma heyətdə köklü dəyişiklik olmayacaq. Rəqib çətin komandadır.

Hücumçu son vaxtlar ən çox axtarışında olduğumuz mövqedir. Balaş Cucak bizim transfer hədəfimizdə yoxdur. Ola bilər ki, əvvəl olub. Hücumçu axtarışlarımız davam edir.

Avrokuboklarda 80-ci oyunumdur? Mənim üçün “Kopenhagen”lə ötən mövsüm pley-off və “Rusenborq”la görüşümüz ən yaddaqalanı olub.
 
Riçard Almeydanın “Astana”ya keçəcəyini bilmirdim. Amma onun “Qarabağ”dan ayrılacağını hiss etmişdim. Biz ona sərfəli təklif irəli sürmüşdük. Amma görünür, o, fərqli ab-hava istəyirdi. Əslində bu, normaldır. Biz də futbolçu alanda hansısa klubdan oyunçu ilə danışıq aparırıq”.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" oyunu 21:00-da başlayacaq. 

Səbuhi MUSAYEV