Bakı-Oğuz yolunda pakistanlı turistlər qəzaya düşdü

Bakı-Oğuz yolunda pakistanlı turistlər qəzaya düşdü
18:50 17-07-2018 | icon 40

Bakı-Oğuz yolunda pakistanlıları aparan “Mercedes Vito” mikroavtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən milletinsesi.info-a verilən məlumata görə, hadisə Qəbələ rayonu ərazisində baş verib.

Turistlər Şəkidən Qəbələyə gedirlərmiş.

Qələbə Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən 3 nəfərə ambulator yardım göstərilib. 1 nəfər isə Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun tezliklə buraxılacağı bildirilir.

“Mercedes Vitoda olan 5 sərnişin bir ailənin üzvü olub.