DÇ-2018-in ən yaxşıları mükafatlandırıldı

DÇ-2018-in ən yaxşıları mükafatlandırıldı
21:35 15-07-2018 | icon 26

Dünya çempionatında qızıl buts, turnirin ən gənc oyunçusu, qızıl top və qızıl əlcək mükafatlarının sahibi müəyyənləşib.

milletinsesi.info xəbər verir ki, qızıl butsu İngiltərə millisinin hücumçusu Hari Keyn alıb. “Totenhem”in  futbolçusu hamıdan çox - altı qol vurub.

Ən gənc oyunçu mükafatı 19 yaşlı Kilian Mbapeyə (Fransa) verilib. Qızıl əlcəyin sahibi qapıçı Tibo Kurtua (Belçika) olub. Qızıl top isə Luka Modriçə (Xorvatiya) verilib.

Səbuhi MUSAYEV