Rəfiqəsinin üzünə sulfat turşusu tökdü və Azərbaycana qaçdı - VİDEO

Rəfiqəsinin üzünə sulfat turşusu tökdü və Azərbaycana qaçdı - VİDEO
11:40 14-07-2018 | icon 43

“Adam öldürməyə cəhd” maddəsi ilə şübhəli bilinən Başqırdıstanın paytaxtı Ufa sakini üç il sonra tapılıb. 

milletinsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, 2015-ci ildə yaxın rəfiqəsi ailəsini dağıtdığı üçün Zinaida İskəndərovadan intiqam almaq qərarına gəlir və üzünə sulfat turşusu tökür.

Zərər çəkmişin sözlərinə görə, rəfiqəsi evli ola-ola kənarda başqası il görüşməyə başlayır. Tezliklə əri onun xəyanəti haqqında öyrənir və onlar boşanırlar. Zinaidanın da rəfiqəsi onu ərinə xəyanət haqqında məlumat verməkdə və ailəsini dağıtmaqda ittiham edərək qisas almaq qərarına gəlir.

Zinaidanın bədən səthinin 70 faizi yanıb. Bir neçə ay xəstəxanada qalmalı olub. Ağır əməliyyatlar keçirib. Həkimlər çətinliklə gözlərini xilas ediblər və görmə qabiliyyətini qaytarmağa çalışırlar.

Cinayəti törədən isə Azərbaycana qaçıb. Hazırda cinayət işinin lazımi orqanlara yönləndirmək üzrə işlər davam etdirilir.