Pakistanda terror dalğası: 74 ölü

Pakistanda terror dalğası: 74 ölü
21:00 13-07-2018 | icon 25

Pakistanın Mastunq və Bannu şəhərlərində törədilən terror aktları nəticəsində 74 nəfər həlak olub, 152 nəfər yaralanıb.

milletinsesi.info “Anadolu”ya istinadla xəbər verir ki, partlayışlar seçkiqabağı mitinqlər zamanı baş verib.

Həlak olanlar arasında Bəlucistan əyalətindən deputatlığa namizəd Nəvabzadə Sirac Raisəni də var.