FİFA: DÇ tarixdə ilk dəfə qışda keçiriləcək

FİFA: DÇ tarixdə ilk dəfə qışda keçiriləcək
20:45 13-07-2018 | icon 23

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.

milletinsesi.info xəbər verir ki, bu barədə FİFA İcraiyyə Komitəsi qərar qəbul edib. 

28 gün davam edəcək çempionatın final oyunu dekabrın 18-i, Qətərin Müstəqillik Günündə keçiriləcək.

Bu barədə danışan FIFA-nın prezidenti Canni İnfantino bildirib ki, artıq bütün ölkələrin liqaları məlumatlandırılıb: “Əminik ki, əla çempionat olacaq. Çünki oyunçular mundiala əla formada qatılacaqlar”.