Dünya Çempionatının finalına prezidentlər də gələcək

Dünya Çempionatının finalına prezidentlər də gələcək
18:40 13-07-2018 | icon 25

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının finalına dövlət başçıları da gələcək.

milletinsesi.info xəbər verir ki, bu barədə “Sport-Ekspress” məlumat yayıb.

Bildirilir ki, həmçinin, oyunda bir çox xarici nümayəndə heyətlərinin rəhbərləri də iştirak edəcək. 

Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov mundialın finalında 11-12 dövlət başçısının iştirakının gözlənildiyini söyləyib: 

“Müxtəlif ölkənin başçıları, bir neçə nazir və digər yüksək vəzifəli nümayəndələr final matçında iştirak edəcək”. 

Qeyd edək ki, final oyununda Rusiya prezidenti Vladimir Putinin Xorvatiya və Fransanın dövlət başçıları ilə görüşəcəyi deyilir.