“Formula 1”in keçirilmə vaxtı bilindi

“Formula 1”in keçirilmə vaxtı bilindi
15:05 13-07-2018 | icon 21

“Formula 1” Azərbaycan Qran Prisinin gələn il keçirilmə vaxtı müəyyənləşib.

milletinsesi.info xəbər verir ki, bu yarış 2019-cu ilin aprelin 28-də keçiriləcək.

Ümumiyyətlə, gələn il keçiriləcək yeni mövsüm Avstraliyada martın 17-də start götürəcək. Yarış dekabrın 1-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə yekunlaşacaq. 

Qeyd edək ki, Bakıda keçiriləcək mərhələ dördüncü olacaq.

Səbuhi MUSAYEV