Azərbaycan “Qəbələ” və “Keşlə” “sayəsində” UEFA-da gerilədi

Azərbaycan “Qəbələ” və “Keşlə” “sayəsində” UEFA-da gerilədi
12:55 13-07-2018 | icon 18

Avrokubokların I təsnifat mərhələsinin 3-cü oyun günündən sonra UEFA reytinqi açıqlanıb. 

milletinsesi.info xəbər verir ki, Avropa Liqasında keçirilmiş 40 matç UEFA reytinqində müəyyən dəyişikliklərə səbəb olub. 

Azərbaycanın da mövqeyini dəyişib. Meydana çıxan üç komandamızdan yalnız “Neftçi” qalib gəlibsə, “Qəbələ” və “Keşlə” məğlubiyyətə üzülüb.

Nəticədə Avropa Liqasındakı təmsilçilərimiz ölkəmizə 0,250 xal qazandırıb. Bununla da beş illik əmsalımız 17,125-ə yüksəlib. Bir gün əvvəl “Qarabağ”ın qələbəsi sayəsində Azərbaycan Belarusa çatıb, əlavə göstəricilərdəki üstünlük sayəsində 21-ci yerə qalxsa da, artıq mövqeyini əldən verib. Yenidən 22-ci sıraya düşən ölkəmiz Belarusu önə buraxıb.

S.M.