Sığınacaqda yaşayan qızdan atasına məktub: Səni tanımaq istəyirdim

Sığınacaqda yaşayan qızdan atasına məktub: Səni tanımaq istəyirdim
12:44 13-07-2018 | icon 64

 

Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində yaşayan 13 yaşlı qız atasına məktub yazıb.

milletinsesi.info-ın məlumatın görə, məktubu mərkəzin koordinatoru Vasif Akifli öz “Facebook” hesabında paylaşıb.

“Səni tanımaq istəyirdim. Ən çox sevdiyin rəng, yemək, xoşlamadığın şeyləri bilmək istəyirdim. Səni yaxından tanımaq, sənin haqda çox haqda çox şey bilmək istəyirəm. Əsas da bir şey niyə, nəyə görə anamı, məni qoydun getdin? İndiki uşaqlarından nə fərqim var? Neyləmişdim sənə? Tam 12 ildir ki, səni görmürəm. Sadəcə bir dəfə gördüm. Kaş görməzdim. Çünki tək səni yox, uşaqlarını və arvadını gördüm. Kaş görməyəydim. Bəzən heç yadıma düşmürsən. Bəzən sənin üçün çox darıxıram. Amma bunu bil ki, səni heç vaxt bağışlamayacağam, ata”, -deyə məktubda qeyd edilib.

 

İlhamə Əbülfət