Binəqədi və Biləcəri bələdiyyə sədrləri yoxlanır

Binəqədi və Biləcəri bələdiyyə sədrləri yoxlanır
11:54 13-07-2018 | icon 60

Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı vəzifəsindən çıxarıldıqdan sonra onun yerlərdəki kadrları təşviş içindədirlər.

AzEuroNews.com-a verilən xəbərdə yeni başçı Elxan Allahverdiyevin X.İsgəndərovun kadrlarının fəaliyyətini yoxladığı bildirilir.

O, bələdiyyə sədrlərini hədəfə alıb. Belə ki, Ədliyyə Nazirliyinin müvafiq qurumları artıq bələdiyyələrdə yoxlamalara başlayıb.

Elxan Allahverdiyev
Elxan Allahverdiyev

Bundan da ən çox Binəqədi rayon bələdiyyə sədrləri bərk narahatdırlar. Hər vasitə ilə yeni başçıya sırınmağa yollar axtarırlar. Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı artıq “sudan quru” çıxa bilib. Yoxlamaları necə varsa yola sala bilib.

Növbədə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevdir. Bələdiyyə sədrinin 700 min manatdan çox vəsaiti mənimsədiyi deyilir.

Onun bu yaxınlarda öz ofisində döyüldüyü xəbərləri də medianın gündəmini zəbt etmişdi. İndi bu adam daha satmaqa torpaq qalmadığından qanunsuz tikililərə əl atıb. Elə onu ofisində döyən də bu tikinti sahiblərindən biri olub.