Bu ilin altı ayı ərzində toplanan sığorta haqları açıqlanıb

Bu ilin altı ayı ərzində toplanan sığorta haqları açıqlanıb
11:25 13-07-2018 | icon 156

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396,37 mln. manat məbləğində sığorta haqları toplanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından milletinsesi.info-a verilən məlumata görə, 119,3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.          

Könüllü sığorta bazarı üzrə haqlar 286,84 mln. manat, ödənişlər isə 87,11 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 109,53 mln. manat, ödənişlər isə 32,19 mln. manat olub.

Bu ilin altı ayı ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i  könüllü, 28%-i  isə  icbari  sığorta növlərinin payına  düşüb.