Müğənnidən xəbərdarlıq: Bakı bulvarında ilanlar var! - VİDEO

Müğənnidən xəbərdarlıq: Bakı bulvarında ilanlar var! - VİDEO
10:20 13-07-2018 | icon 18

Tanınmış müğənni Emma Ələkbərzadə bulvarda xoşagəlməz hadisə ilə rastlaşıb.

milletinsesi.info xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında məlumat verib.

O, bildirib ki, dənizkənarı parkın yeni salınmış Bayıl ərazisində gəzərkən qara böyük ilanla qarşılaşıb. Sənətçi həmin anları lentə alaraq “Instagram” hesabında paylaşıb və insanlara xəbərdarlıq edib.

“Bəli, bura Bakıdır! Təzə Bayıl bulvarımız və burada qara böyük ilanlar var – özü də Gürzə. Xahiş edirəm özünüzü və övladlarınızı qoruyun. Şəxsən mənim üçün bulvar söhbəti bağlandı”, - deyə yazıb.

Pərviz Hüseyn