Paşinyan: İlham Əliyev ilə görüşə dair danışıq aparılmır

Paşinyan: İlham Əliyev ilə görüşə dair danışıq aparılmır
09:40 13-07-2018 | icon 18

Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmir. 

milletinsesi.info erməni KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Paşinyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vəziyyəti dəyişib-dəyişməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. 

“Görüş oldu, bu mövzuda ilk görüş idi və bu görüşdən nəticə gözləmək doğru olmazdı”, - o deyib. 

Azərbaycan prezidenti İlham Əliyevlə görüş mümkünlüyünə gəlincə isə, Paşinyan qeyd edib ki, belə bir görüşlə bağlı danışıqlar getmir.