“Viber”in fəaliyyətində problem yaranıb

“Viber”in fəaliyyətində problem yaranıb
02:05 13-07-2018 | icon 30

Cümə axşamı populyar “Viber” messencerinin Avropa, Ukrayna və Rusiyanın qərb hissəsi ərazisindəki fəaliyyətində nasazlıqlar müşahidə edilib.

milletinsesi.info “Downdetector” saytına istinadla xəbər verir ki, problemlər Bakı vaxtı ilə saat 21.00-da meydana gəlib.  

İstifadəçilər daha çox rabitənin kəsilməsindən, ismarış göndərməyin mümkünsüzlüyündən və statusun müəyyən edilməməsindən şikayətçidirlər.