“Real” Ronaldunun gedişindən ilk zərbəni aldı

“Real” Ronaldunun gedişindən ilk zərbəni aldı
01:15 13-07-2018 | icon 35

Kriştianu Ronaldunun “Yuventus”a keçidindən sonra Madrid “Real”ı artıq öz “Twitter” akkauntunun 1 milyon izləyicisini itirib.

milletinsesi.info xəbər verir ki, Ronaldu İspaniyanı tərk etdikdən sonra izləyicilərin sayı 31,97 milyondan 31,02 milyona enib. 

Eyni zamanda “Yuventus”un rəsmi “Twitter” səhifəsinin abunəçilərinin sayında 1,1 milyon nəfər artım müşahidə olunub. 

Portuqaliyalı hücumçu 2009-cu ildən “Real”ın şərəfini qoruyub və klubun tarixində ən çox qol vuran futbolçudur (438 oyunda 450 qol).