Hindistanlı 66 il sonra dırnaqlarını tutdu - VİDEO

Hindistanlı 66 il sonra dırnaqlarını tutdu - VİDEO
17:06 12-07-2018 | icon 44

Dünyada ən uzun dırnaqlara sahib olan hindistanlı Şridxar Çillal 66 il müddətinə uzatdığı dırnaqlarını tutub və onu Nyu-York muzeyinə təhvil verib. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “South China Morning Post” nəşri məlumat yayıb. 

Uzun dırnaqlarına görə Ginnesin rekordlar kitabına düşən Hindistanın Punı şəhərinin sakini Çillal onlardan xilas olmaq qərarına gəlib. Dırnağın tutulması mərasimi Nyu-Yorkda baş tutub, bunun üçün onun texnikin köməyinə ehtiyacı olub. 

82 yaşlı hindistanlı sol əlindəki dırnaqları 14 yaşından uzatmağa başlayıb və onların uzunluğu bu illər ərzində 909,6 santimetrə çatıb.