Türkiyədə fövqəladə vəziyyətin ləğvi tarixi açıqlandı

Türkiyədə fövqəladə vəziyyətin ləğvi tarixi açıqlandı
12:20 12-07-2018 | icon 23

Türkiyədə fövqəladə vəziyyət iyulun 17-də ləğv ediləcək. 

milletinsesi.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, fövqəladə vəziyyət ləğv edildikdən sonra ölkədə terrorçuluqla mübarizə üçün yeni qanun qəbul olunacaq. 

Bundan əvvəl Türkiyədə fövqəladə vəziyyətin iyulun 19-da ləğv ediləcəyi bildirilmişdi. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qələbə qazanacağı təqdirdə fövqəladə vəziyyətin ləğvi məsələsinə baxacağını bəyan etmişdi.