Gürcüstanda hökumətin yeni tərkibi açıqlandı

Gürcüstanda hökumətin yeni tərkibi açıqlandı
12:10 12-07-2018 | icon 23

Gürcüstan baş naziri Mamuka Baxtadze hökumətin yeni tərkibini açıqlayıb. Tərkibə ölkə parlamenti tərəfindən etimad göstərilməlidir. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “Sputnik Gürcüstan” məlumat yayıb. 

Baxtadzenin sözlərinə görə, hökumətdə üç yeni rəhbəri olacaq. Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə Mixail Batiaşvilinin, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Georgi Kobuliyanın, maliyyə naziri vəzifəsinə isə İvan Maçavarianinin adı təqdim olunub. 

Baxtadze əlavə edib ki, David Zalkaliani Gürcüstanın xarici işlər naziri postunda qalıb.