Səudiyyə Ərəbistanı İrandan şikatətçi oldu

Səudiyyə Ərəbistanı İrandan şikatətçi oldu
21:50 11-07-2018 | icon 21

Səudiyyə Ərəbistanı İran gəmilərinin ona məxsus Fars körfəzindəki neft yataqları akvatoriyasına daxil olmasını bəyan edib.

milletinsesi.info “RİA Novosti”yə istinadla xəbər verir ki, rəsmi Ər-Riyad müvafiq məzmunlu şikayətlə BMT-yə müraciət edib.

Məlumata əsasən, İrana məxsus gəmilər və katerlər dəfələrlə Səudiyyə Ərəbistanının ərazi sularında yerləşən bağlı zonalara müdaxilə ediblər. Lakin bu gəmilərin hərbi və ya mülki olub-olmaması açıqlanmır.

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Müəllim bildirib ki, daha öncə Tehrana ünvanlanan etiraz notalarına rəğmən oxşar halların sayı çoxalıb.