Amerikalı məhbus polis maşınında öldü – VİDEO

Amerikalı məhbus polis maşınında öldü – VİDEO
21:40 14-06-2018 | icon 22

ABŞ-ın Sakramento şəhərində şərti azadlığa çıxma şərtlərini pozmuş 30 yaşlı qaradərili məhbus həbsxanaya aparılarkən polis maşınında ölüb.

milletinsesi.info xəbər verir ki, “Liveleak”də yayılan görüntü polis əməkdaşının uniformasında olan müşahidə kamerası ilə qeydə alınıb.

Polis şöbəsində şərti azadlıqda olan məhbus polis tərəfindən qandallanır və etirazlarına baxmayaraq polis furqonuna mindirilir.  Kadrlardan onun halının pisləşdiyini və titrədiyini görmək olur.

Həbsxanaya çata-çatda məhbusun ürəyi partlayıb və ölüb. Bunun fərqinə varan polis əməkdaşları ona ilkin yardım göstərməyə çalışsalar da, onu həyata qaytara bilməyiblər.

F.M.