“Şah” Nakamuraya uduzdu

“Şah” Nakamuraya uduzdu
20:35 14-06-2018 | icon 28

Belçikanın Leven şəhərində “Grand Chess Tour” seriyası üzrə ilk turnirinin üçüncü oyun günü keçirilib.

milletinsesi.info xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rapid üzrə üç partiya keçirib.

İlk partiyadada Vaşye-Laqravla (Fransa) heç heçə edib, ardınca Aleksandr Qrişukla (Rusiya) sülhə razılaşıb. Son partiyada isə yapon əsilli qrossmeyster Hikaru Nakamuraya (ABŞ) məğlub olub.

Yeddi turdan sonra onun aktivində səkkiz xal var və turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.

F.M.