Kiyevdə partlayış: azyaşlılar yaralanıb

Kiyevdə partlayış: azyaşlılar yaralanıb
19:55 14-06-2018 | icon 21

Kiyevdə uzun müddət duracaqda olan avtomobil partlayıb.

milletinsesi.info “112 Ukraina”ya istinadən xəbər verir ki, insident Çernobılskaya küçəsində baş verib.

Hadisə nəticəsində dörd azyaşlı uşağın yaralandığı bildirilir. 5-11 yaşlarında olan uşaqlardan ikisi xəstəxanada ağır vəziyyətdədir.

Hadisə yerində olan polis müstəntiqləri və partlayıcı texnika üzrə mütəxəssislər insidentin səbəbini araşdırmağa çalışır.

F.M.