Azərbaycanlı yazar Türkiyənin məşhur serialında – FOTO

Azərbaycanlı yazar Türkiyənin məşhur serialında – FOTO
14:05 14-06-2018 | icon 32

Türkiyə və Rusiyanın ortaq istehsalı olan “Kalbimin sultanı” adlı tarixi serial dünəndən etibarən yayımlanmağa başlayıb.

milletinsesi.info xəbər verir ki, güclü aktyorları ilə seçilən ekran işində azərbaycanlı aparıcı və yazar Gülay Hüseynova da yer alıb.

“Reyhan kalfa” obrazı ilə serialda rol alan Gülay əsas obrazlardan sayılır.

Onun rol aldığı serial 44 ölkədə yayımlanacaq.

Qeyd edək ki, Hüseynova hələ də  “Aşk-ı Memnu”, “Kara Sevda” və “Fatmagül'ün Suçu Ne?” kimi serialların tanınmış rejissoru Hilal Saraldan aktrisalıq dərsləri alır.

Onu da bildirək ki, Gülay Hüseynova “P.S. Zaten boyun da küçüktü” və “Ve bir amerikano...” kimi Türkiyədə bestseller olmuş kitabların müəllifidir.

Pərviz Hüseyn