Hafiz Hacıyev: Müsəlman Braziliyaya azarkeşlik edəcəyəm

Hafiz Hacıyev: Müsəlman Braziliyaya azarkeşlik edəcəyəm
13:00 14-06-2018 | icon 23

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də bu gün başlayacaq futbol üzrə dünya çempionatına baxan siyasi xadimlərdən olacaq.

milletinsesi.info-a açıqlama verən Hafiz Hacıyev Braziliya millisinə azarkeşlik edəcəyini bildirib.

Ancaq Hafiz Hacıyev braziliyalıları müsəlman bilir:

“Mən müsəlman dininə sitayiş edən Braziliya millisinə azarkeşlik edəcəyəm. Arzu edirəm ki, onlar dünya çempionatında I yerə çıxsın. Bizim milli qürurumuz var. Soy-kökümüz erməni deyil ki? Biz azərbaycanlıyıq, müsəlman qardaşlarımıza da azarkeşlik etməliyik”.

Hafiz Hacıyev Braziliya ilə finala çıxacaq komandaların adlarını da açıqlayıb:

“Düşünürəm ki, Braziliya ilə finala Almaniya və ya İspaniya çıxa bilər. Məncə, Braziliya keçmiş səhvlərindən nəticə çıxarıb çempion olacaq. Oyunlara öz kabinetimdən baxacağam. Çalışıb bütün oyunları izləyəcəyəm”.

Səbuhi TOFİQOĞLU