Rejissor Stanislav Qovoruxin vəfat etdi

Rejissor Stanislav Qovoruxin vəfat etdi
12:35 14-06-2018 | icon 19

Rejissor və Rusiya Dövlət Dumasının Mədəniyyət komitəsinin sədri Stanislav Qovoruxin 83 yaşında vəfat edib. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı TASS agentliyi məlumat yayıb. 

Onun vəfatı ilə bağlı parlamentin aşağı palatasının iclasına spiker Vyaçeslav Volodin məlumat verib. 

“Bu gün 10:37-də “Barvixa” sanatoriyasında həmkarımız Stanislav Sergeyeviç Qovoruxin vəfat edib. O, ömrünün sonuna kimi xəstəliyi ilə mübarizə aparıb”, - Volodin deyib.

Onun ölüm səbəbi açıqlanmır.